Zəlzələ
Neft və Elm
 
Professor KƏRİM KƏRİMOV MƏMMƏDXAN oğlu
 

5 iyun 1933-cü il tarixdə Ağdam şəhərində anadan olmuşdur. 1947-ci ilə qədər müxtəlif rayonların (Ağdam, Ağstafa, Ucar) məktəblərində oxumuş və 1952-ci ildə Bakıda orta məktəbi bitirmişdir, elə həmin il indiki Neft Akademiyasına daxil olmuş və 1957-ci ildə oranı bitirərək – dağ mühəndisi geofizikası ixtisasını almışdır.

O, 1961-ci ildə aspiranturaya (əyani) daxil olmuş 1964-cü ildə elmlər namizədlik dissertasiyasını müdafiə etmiş və Elmlər Namizəd adını almışdır.

1975-ci ildə doktorluq dssertasiyasını Bakıda, 1978-ci ildə isə Moskvada (MDU) müdafiə etmiş və geologiya –mineralogoya  elmlər doktoru adını almışdır.

1990-cı ildə Moskva AAK tərəfindən geofizika üzrə Professor rütbəsi verilmişdir.

1991-ci ildə Azərbaycan Dövləti tərəfindən Əməkdar Elm və Texnika xadimi adı verilmişdir.

1992-1996-cı illərdə ARDNŞ-i nəznində yeni yaranmış Geofizika üzrə baş idarənin rəisi vəzifəsində çalışmışdır.

1996-2005 ci illər Geofizika və Mühəndis Geologiyası İB-nin baş direktoru vəzifəsində çalışmışdır.

2006-cı ilin yanvar ayından yeni yaradılmış Geofizika ve Geologiya İdarəsində baş müşavir vəzifəsində çalışır.

 

Prof. Kərim Kərimov Azərbaycan və dünya elminə bir çox tövsiyələr vermişdir. Onun Azərbaycanın neft sənayesinin inkişafında xüsusi rolu vardır. Apardığı elmi işlərin nəticəsi imkan vermişdir ona dünyada ilk dəfə olaraq Azərbaycanın neft ehtiyyatının 7-8 milliard ton, qaz ehtiyyatının isə  10 tirilion həcimdə qiymətləndirsin.

Hələ 1992-1993-cü illərdə və hətta sonrakı bir neçə il ərzində Azərbaycanda (yəni ARDNŞ) Azəri-Çıraq-Günəşli yataqlarında hasil olunacaq nefti ehtiyyatının 500-550 milion ton civarında olması söylənildiyi bir vaxt prof. K.Kərimov bu ehtiyyatın əslində 730-750 milion ton həcmində olmasının sübut etmiş və bu nəticələri 1992-ci ilin sonunda mətbuatda dərc edilmişdir.

BTC-nin (Bakı-Tbilisi-Ceyhan) təməl daşı qoyulan zaman yalnız prof. K.Kərimovun göstərdiyi rəqəmlər öz əksini tapmışdır. Prof. K.Kərimov 550-dən artıq elmi əsərlərin (məqalələr, atlaslar, xəritələr və monoqrafiyalar) müəllifidir.

O, Azərbaycanda onlarla Beynəlxalq əhəmiyyətli elmi konfrans, simpozum və seminarları təşkil etmiş və uğurla keçirmişdir. Eləcədə müxtəlif dövlətlərdə keçirilmiş simpoziumlarda iştiraketmiş və bəzilərində hətta bir neçə dəfə (İran, Misir və s.) sədirin müavini seçilmişdir.

Beynəlxalq mətbuatda onun bir çox elmi əsərləri dərc olunmuşdur və bu da alimin elmi içtimayyət arasında inam və hörmətinin bir amilidir.  1993-cü ildə AMEA təşəbbüsü ilə Azərbayca Milli Geofizika Komitəsi yaradılıd və prof. K.Kərimov onun prezidenti seçildi.  Elə həmin ildə ABŞ geofizika kəşfiyatçıları cəmiyyətinin Azərbaycan bölməsi yaradıldı və onun da prezidenti prof. K.Kərimov seçildi. Sonrakı illərdə (1997) o, Milli Geofizika Komitəsinin nəznində yeni bir jurnal “Geophisics news Azerbaijan” təsisi etmiş və artıq on lidirki bu mətbuat orqanına rəhbərlik edir.  Prof. K.Kərimovun alim və təşkilatçılıq bacarığı hər zaman dövlət və geniş içtimayyət tərəfindən yüksək qiymətləndirilmiş. O, dəfələrlə fəxri adlara, diplom və medallara layiq görülmüşdür. Mərkəzi hökumət (keçmiş SSRİ) nazirliklər, birliklər tərəfindən dəfələrlə mükafatlandırılımışdır. 1983-cü ildə SSRİ sülh komitəsi ona “Sülh uğrunda və nüvə müharibəsi əleyhinə” apardığı işlərə görə müvafiq diplomlarla təlif olunmuşdur. 2001-ci ildə Azərbaycan Respublikasının prezidenti hörmətli Heydər Əliyevin fərmanı ilə ona “Şöhrət” ordeni verilmişdir.

Prof. K.Kərimov bir neçə Beynəlxalq Elmi Akademiyaların həqiqi üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-120 km 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilmiş və ona ümummilli liderimizin rəhbərliyə qayıdması münasibətilə “Qayıdış” adı verilmişdir. Prof. K.Kərimovun elmi işləri bir neçə dəfə AMEA ən yüksək nəticəsi siyahısında öz əksini tapmış.

İki ixtirası isə bəşəri əhəmiyyətli kəşf hesab olunur:

  1. Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin, 007087 saylı patenti).

  2. Zəlzələnin proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə Cəmiyyətinin, 007086 saylı patenti).

Bu kəşflər öz mahiyyətinə görə elmin ən böyük nailiyyətlərindən hesab edilə bilər. Çünki onların (xüsusəndə birinci kəşfin) geniş istifadəsi bəşəriyyəti zəlzələ bəlasından qurtarmış olar.

          Prof. K.Kərimov özünün aktiv həyat mövqüsünü daim nümayiş etdirməkdədir. O, hələ 1992-ci ildə Ermənistanın Azərbaycana təcavüzünün ən qızğın dövründə öz şəxsi büdcəsindən Azərbaycan Milli Ordusuna 100.000 manat həcimində yardım etmişdir.  1998-ci ildə isə qardaş Türkiyədə zəlzələnini ağır nəticəsini aradan qaldırmaq məsədi ilə yenə də oz şəxsi büdcəsindən beş min ABŞ dolları məbləğində yardım etmiş. Onun uşaq evlərinə, yetimxanalara və kimsəszilərə eləcədə etdiyi digər yardımlarıdan onlarla faktlar gətirmək olar.

Prof. K.Kərimovun hər bir əsl azərbaycanlı kimi ən böyük arzusu doğma Ağdam şəhərinin və eləcədə bütün işğal altında olan vətən torpaqlarını ermənilərdən azad olunması sonra, Ağdam da yerləşən məsçidi təmir etdirməkdir.

Ailə baxımdan professorun həyatı çox mürəkkəb olub. Onun iki övladı, bir qızı və bir oğlu var.  O, daimia övladlarıa və onların simasında Azəbaycan xalqına xoşbəxtlik arzulayır.

 
 
 
Copyright Kerim KERIMOV - designed by shaigim Shaig M.ISAYEV